Главная > Hadisə > Bakıda yataqxanada yanğın - 7 nəfər zəhərləndi - FOTO

Bakıda yataqxanada yanğın - 7 nəfər zəhərləndi - FOTO


1-12-2019, 14:34. Разместил: azadses
Məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.
Azadsəs-in məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.
Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.
Вернуться назад