Главная > Hadisə > Bakıda evlərin girişindən 3950 manatlıq velosiped oğurlanıb

Bakıda evlərin girişindən 3950 manatlıq velosiped oğurlanıb


26-12-2023, 09:42. Разместил: azadses
Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Araşdırma aparılır.


Вернуться назад