Главная > Hadisə > Naxçıvanda avtomobil ana və oğlunu vurub

Naxçıvanda avtomobil ana və oğlunu vurub


7-12-2023, 11:13. Разместил: azadses
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil ana və oğlunu vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Badaşqan və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.

Nəticədə Badaşqa kənd sakini, 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızı və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlu xəsarət alıb. Onlar Naxçıvan Sağlamlıq Mərkəzinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Hadisənin səbəbi araşdırılır.


Вернуться назад