Главная > Hadisə > Neftçalada motosikletdən yıxılan şəxs ölüb

Neftçalada motosikletdən yıxılan şəxs ölüb


24-11-2023, 08:49. Разместил: azadses
Neftçala rayonunda “Muravey” markalı motosikletdən yıxılan şəxs dünyasını dəyib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, motosiklet hərəkətdə olarkən sürücü qəfil əyləci basıb və yük yerində olan Nurəddin adlı şəxs asfalta çırpılıb.

Nəticədə ağır xəsarətlər alan sərnişin hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад