Главная > Hadisə > Oğuzda ov tüfəngi ilə ehtiyatsız davranan şəxs yaralanıb

Oğuzda ov tüfəngi ilə ehtiyatsız davranan şəxs yaralanıb


4-11-2023, 20:31. Разместил: azadses
Noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад