Главная > Hadisə > Siyəzəndə avtomobil 83 yaşlı piyadanı vuraraq öldürüb

Siyəzəndə avtomobil 83 yaşlı piyadanı vuraraq öldürüb


3-11-2023, 12:54. Разместил: azadses
Siyəzən rayonunda avtomobil 83 yaşlı piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, noyabrın 2-də saat 10.50 radələrində İlyas Qismət oğlu Ələsgərov "VAZ-2106" markalı minik avtomobili ilə Siyəzən rayonunun Orta Həmyə kəndi istiqamətində hərəkət edərkən piyada, 1940-cı il təvəllüdlü Mikayıl Muxtar oğlu İsgəndərovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərlə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Вернуться назад