Главная > Hadisə > Gədəbəydə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Gədəbəydə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb


3-11-2023, 08:48. Разместил: azadses
Gədəbəy rayonunun Başkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yol-nəqliyyat hadisəsi zamanı 1989-cu il təvəllüdlü Mürsəlov Elşən, 1993-cü il təvəllüdlü Abdullalı Hafiz və 1994-cü il təvəllüdlü Qurbanov İsmayıl xəsarət alıblar.

Onlardan H.Abdullalının vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад