Главная > Hadisə > Bakıda 54 yaşlı qadını avtomobil vurub

Bakıda 54 yaşlı qadını avtomobil vurub


1-11-2023, 09:35. Разместил: azadses
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Binnətova Ziyafət Zöhrab qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад