Главная > Hadisə > Tovuzda ov tüfəngi ilə özünəxəsarət faktı araşdırılır

Tovuzda ov tüfəngi ilə özünəxəsarət faktı araşdırılır


21-10-2023, 19:44. Разместил: azadses
Tovuzda ov tüfəngi ilə özünəxəsarət yetirmə faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.


Вернуться назад