Главная > Hadisə > Siyəzəndə iki avtomobil toqquşub, ölən var

Siyəzəndə iki avtomobil toqquşub, ölən var


9-10-2023, 08:54. Разместил: azadses
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.

“Report”un Şimal bürosunun məlumatına görə, "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад