Главная > Hadisə > Yasamalda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Yasamalda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb


29-09-2023, 10:30. Разместил: azadses
Bakının Yasamal rayonunda 64 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1959-cu il təvəllüdlü Böyükişiyeva Mainə Çərkəz qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад