Главная > Hadisə > Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.

Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.


17-09-2023, 12:01. Разместил: azadses
Hacıqabul rayonunda baş verən yol qəzasında iki nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад