Главная > Hadisə > Dəhşətli qəzada toqquşan maşınlardan biri azərbaycanlı tələbəyə çırpıldı

Dəhşətli qəzada toqquşan maşınlardan biri azərbaycanlı tələbəyə çırpıldı


26-11-2019, 22:40. Разместил: azadses
Türkiyənin Biləcik şəhərində yüngül ticari avto vasitə ilə digər bir avtomobilin toqquşması nəticəsində dayanacaqda gözləyən aralarında bir tələbənin də olduğu dörd nəfər xəsarət alıb.
Azadses Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza axşam saatlarında Sakarya-Biləcik quru yolu Biləcik Şeyx Edebali Universiteti qarşısındakı meydanda baş verib. Toqquşmanın şiddəti nəticəsində istiqamətini itirən avtomobil universitetin girişindəki dayanacaqda avtobus gözləyən Ülvi adlı azərbaycanlı tələbənin qoluna dəyib. Qəza nəticəsində 22, 54 və 57 yaşlarında daha 3 qadın da xəsarət alıb.Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları yaralıları Biləcik Dövlət Xəstəxanasına aparıblar.
Polis qəza ilə bağlı araşdırma aparır. 



Вернуться назад