Главная > Hadisə > "AZZA"ya silahlı basqın

"AZZA"ya silahlı basqın


11-08-2020, 13:32. Разместил: azadses
Bakıda quldurluqda təqsirləndirilən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70 ünvanında yerləşən "AZZA" şirniyyat dükanına baş verib. 
A.Abdullayev satıcıları bıçaqla öldürməklə hədələyərək, kassadakı pulları tələb edib. O, kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Вернуться назад