Главная > Hadisə > Bakıda propan qaz balonlarının olduğu sexdə yanğın baş verib

Bakıda propan qaz balonlarının olduğu sexdə yanğın baş verib


5-08-2023, 14:30. Разместил: azadses
Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад