Главная > Hadisə > Bakı və Yevlax sakinləri itkin düşüb

Bakı və Yevlax sakinləri itkin düşüb


21-07-2023, 20:49. Разместил: azadses
Bakı və Yevlax sakinləri itkin düşüb.

“Report”un xəbərinə görə, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Nəbiyeva Həzrətfatma Camal qızı iyulun 16-sı saat 07:00 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Вернуться назад