Главная > Hadisə > Xətaidə 36 yaşlı qadın yol qəzasında yaralanıb

Xətaidə 36 yaşlı qadın yol qəzasında yaralanıb


18-07-2023, 08:43. Разместил: azadses
Bu gecə paytaxt Bakıda daha bir yol qəzası baş verib.

“Report”un məlumatına görə, Xətai rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ələsgərova Samirə Ələsgər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад