Главная > Hadisə > Sərxoş halda havaya atəş açdı - tutuldu

Sərxoş halda havaya atəş açdı - tutuldu


26-11-2019, 15:52. Разместил: azadses
Müvafiq sənədləri olmayan silah götürülüb
Noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Azadses xəbər verir ki İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.
Вернуться назад