Главная > Hadisə > Sabunçuda 40 yaşlı kişini avtomobil vurub

Sabunçuda 40 yaşlı kişini avtomobil vurub


20-06-2023, 08:26. Разместил: azadses
Bakının Sabunçu rayonunda 40 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1983-cü il təvəllüdlü Ələkbərov Məqsəd Kazım oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад