Главная > Hadisə > Şəmkirdə avtomobil qəzası olub, ana və oğlu yaralanıb

Şəmkirdə avtomobil qəzası olub, ana və oğlu yaralanıb


4-06-2023, 09:55. Разместил: azadses
Şəmkir rayon Çaparlı kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1970-ci il təvəllüdlü Reyhan Sultan qızı Mehdiyeva və onun oğlu 1995-ci il təvəllüdlü Samir Sabir oğlu Mehdizadə xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад