Главная > Hadisə > İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişlidə yol qəzası olub, xəsarət alanlar var


9-08-2020, 11:50. Разместил: azadses
İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 8 radələrində İmişli-Biləsuvar avtomobil yolunun 1-ci kilometrliyində, Xubyarlı kəndində qeydə alınıb.
İmişli rayonunun Çaxırlı kənd sakini, 1991-ci il təvəllüdlü İsayev Umud Firudin oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Hadisə nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü Rəhimov Miradəm Miraslan oğlu və 1984-cü il təvəllüdlü İsayev Zamiq Çingiz oğlu xəsarət alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.

Вернуться назад