Главная > Hadisə > Fabrikdə yanğın, ölənlər var

Fabrikdə yanğın, ölənlər var


8-08-2020, 17:38. Разместил: azadses
Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ərazidə axtarış işləri davam edir.

Вернуться назад