Главная > Hadisə > Bakıda motosikletçi qəza törədib, xəsarət alan var

Bakıda motosikletçi qəza törədib, xəsarət alan var


10-05-2023, 12:42. Разместил: azadses
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Suraxanı rayonunda 1990-cı il təvəllüdlü Veysəlova Ülkər Nurəddin qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək beton arakəsmələrə çırpılıb. Sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад