Главная > Hadisə > Bakıda 32 yaşlı kişini avtomobil vurub

Bakıda 32 yaşlı kişini avtomobil vurub


16-04-2023, 21:12. Разместил: azadses
Bakının Xəzər rayonununda 32 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən piyada, 1991-ci il təvəllüdlü Məcidov Sübhan Ələmdar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.


Вернуться назад