Главная > Hadisə > Paytaxtda avtomobil yeniyetmə qızı vuraraq ayağını sındırıb

Paytaxtda avtomobil yeniyetmə qızı vuraraq ayağını sındırıb


16-04-2023, 12:16. Разместил: azadses
Bakının Nərimanov rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yolu keçən piyada, 2009-cu il təvəllüdlü Ələsgərli Selcan Hafiz qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад