Главная > Hadisə > Bakıda avtomobil piyadaları vurub, biri ölüb

Bakıda avtomobil piyadaları vurub, biri ölüb


15-04-2023, 17:29. Разместил: azadses
Bakıda ölümlə nəticələnən qəza olub.

APA xəbər verir ki, Məmmədzadə Səmədulla Yədulla oğlu S.Vurğun küçəsi, Zabitlər parkının qarşısında özünə məxsus “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirərək yolu keçmək istəyən piyadalar - 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə Mehriban Tağıyeva hadisə yerində ölüb, Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Вернуться назад