Главная > Hadisə > Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub


12-04-2023, 12:31. Разместил: azadses
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Mövlanzadə Şəbnəm Zaur qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад