Главная > Hadisə / Manset > Bakı məktəbində kütləvi zəhərlənmə: Daha iki şagird xəstəxanadan evə buraxılıb - YENİLƏNİB + VİDEO

Bakı məktəbində kütləvi zəhərlənmə: Daha iki şagird xəstəxanadan evə buraxılıb - YENİLƏNİB + VİDEO


6-04-2023, 19:27. Разместил: admin
Bakı məktəbində kütləvi zəhərlənmə: Daha iki şagird xəstəxanadan evə buraxılıb - YENİLƏNİB + VİDEO

20 nömrəli məktəbdə zəhərlənən şagirdlərin son vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 saylı Klinik Uşaq Xəstəxanasının həkimi Mətanət Mirzəyevanın sözlərinə görə, zəhərlənənlərdən beşinə təcili tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar (üç nəfər daha əvvəl evə buraxılmışdı - red.). Bir nəfər isə vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

O da qeyd edilib ki, uşaqlardan ikisi 8-ci, dördü isə 4-cü sinif sagirdidir.



17:16

Bu gün Bakıda məktəblilər arasında zəhərlənmə olub. Zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.

Hadisə şahidi olan şagird Baku TV-yə sinif yoldaşının zəhərlənməsindən danışıb:

“Nuggets” yemişdi. Ürəyi bulanmağa başladı. Əvvəlcə məktəbdəki həkimə, sonra isə xəstəxanaya aparıldı”.

Məktəbin müəllimi Rüxsarə Abbasovanın sözlərinə görə, dərs dediyi sinfin bəzi şagirdləri də sözügedən qidadan yesə də, onlarda zəhərlənmə əlamətləri müşahidə olunmayıb.


Вернуться назад