Главная > Hadisə / Manset > Goranboyda ağır qəza: Hərbçilər xəsarət aldılar - YENİLƏNİB

Goranboyda ağır qəza: Hərbçilər xəsarət aldılar - YENİLƏNİB


6-04-2023, 12:16. Разместил: admin
Goranboyda ağır qəza: Hərbçilər xəsarət aldılar - YENİLƏNİB

Daxili işlər Nazirliyi Goranboy-Tərtər avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi və dörd nəfərin xəsarət alması barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində VAZ markalı avtomobilin aşması nəticəsində dörd nəfərin xəsarət alması müəyyən edilib.

Sürücünün ilkin ifadəsində yolayrıcına digər avtomobilin çıxması və ona görə idarəetməni itirərək avtomobili aşırması ilə bağlı iddiaları araşdırma predmetidir.

Hazırda müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Onu da qeyd edim ki, xəsarət alanlardan üçü ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, qəzadan sonra digər avtomobil hadisə yerindən qaçıb.

10:32

Goranboy-Tərtər avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yolun Goranboyun Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

İlkin məlumata görə, qəzada xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslər hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад