Главная > Hadisə > Şabranda qatarla traktor toqquşub, ölən var

Şabranda qatarla traktor toqquşub, ölən var


25-03-2023, 11:27. Разместил: admin
Şabranda qatarla traktor toqquşub, ölən var

Şabranda qatarla traktor toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад