Главная > Hadisə / Manset > Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb – YENİLƏNİB + FOTO/VİDEO

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb – YENİLƏNİB + FOTO/VİDEO


22-03-2023, 09:12. Разместил: admin
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb – YENİLƏNİB + FOTO/VİDEO
Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində azı iki nəfər həlak olub.

Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfər ölüb.

Məlumata görə, Xeybər-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 6 nəfər yaralanıb.

Öz növbəsində, Pakistan polisinə istinadən yayılan xəbərə görə, Svat rayonundakı ərazidə 150-yə yaxın insan xəsarət alıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.



23:17

Əfqanıstanda baş verən güclü zəlzələ Özbəkistanla yanaşı, Hindistan, Pakistan və Qazaxıstanda da hiss olunub.

Bildirilir ki, yeraltı təkanlar nəticəsində bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb. Lakin təbii fəlakətin tələfata səbəb ola biləcəyi istisna edilməyib.


Вернуться назад