Главная > Hadisə > Bakıda qadın sürücü qəzaya düşərək xəsarət alıb

Bakıda qadın sürücü qəzaya düşərək xəsarət alıb


7-03-2023, 11:12. Разместил: admin
Bakıda qadın sürücü qəzaya düşərək xəsarət alıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1987-ci il təvəllüdlü Pirquliyeva Yeganə Vaqif qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı Y.Pirquliyeva xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад