Главная > Hadisə > Cəlilabadda arvadını qətlə yetirən kişi intihar edib

Cəlilabadda arvadını qətlə yetirən kişi intihar edib


6-02-2023, 11:21. Разместил: admin
Cəlilabadda arvadını qətlə yetirən kişi intihar edib

Fevralın 6-da saat 7 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Вернуться назад