Главная > Hadisə / Manset > Bakıda avtomobil 16 yaşlı qızı vurdu

Bakıda avtomobil 16 yaşlı qızı vurdu


15-01-2023, 11:38. Разместил: admin
Bakıda avtomobil 16 yaşlı qızı vurdu

Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü İsmayılova Dünya Eldəniz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад