Главная > Hadisə / Manset > Rusiyada mədən çökdü

Rusiyada mədən çökdü


12-12-2022, 14:49. Разместил: admin
Rusiyanın Kemerovo vilayətində Şereqeşskaya filiz mədənində çökmə baş verib. Bununla əlaqədar müəssisədə yeraltı işlər dayandırılıb.

Bu barədə şəhər bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, çökmə zamanı növbə dəyişikliyi aparıldığı üçün mədəndə işçi olmayıb.

“Hazırda ventilyasiya rejiminə nəzarət etmək üçün mədəndə işlər dayandırılıb”, - deyə mətbuat xidmətindən bildirilib.
Вернуться назад