Главная > Hadisə > Ağdaşda fərdi yaşayış evi yandı

Ağdaşda fərdi yaşayış evi yandı


10-12-2022, 22:14. Разместил: admin
Ağdaşda yaşayış evində yanğın baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Ərəbocaq kəndində olub.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Yusubova Ruhangiz Həsən qızına məxsus ümumi sahəsi 160 kv metr olan yaşayış evinin tavan hissəsinin 60 kv-i yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Вернуться назад