Главная > Hadisə / Manset > Sumqayıtda evdə tək olan iki azyaşlı yanaraq öldü - VİDEO

Sumqayıtda evdə tək olan iki azyaşlı yanaraq öldü - VİDEO


4-12-2022, 19:22. Разместил: admin
Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.


Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад