Главная > Hadisə > Elçin Babayev: "Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"

Elçin Babayev: "Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"


22-11-2019, 11:00. Разместил: azadses
“Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti yaxşıdır”.
Bu barədə APA-ya Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.
Onun sözlərinə görə, səhər zəhərlənən tələbələrə təkrar baş çəkib: “Onlar gəzirlər, söhbət edirlər, səhər yemək də yedilər. Müalicə gedir ki, bədən tam təmizlənsin. Valideynləri və tələbə dostları ilə də görüşdülər”.


Вернуться назад