Главная > Hadisə / Manset > “Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var

“Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var


29-11-2022, 14:42. Разместил: admin
"Azərsu" ASC-yə məxsus avtomobil ağır qəza törədib.

Hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.
Ətraflı

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-nin əməkdaşı Əliəkbər Şıxıyevin idarə etdiyi "QAZ 330232" markalı avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад