Главная > Hadisə / Manset > Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürdü


21-11-2022, 11:52. Разместил: admin
Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub.

Xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад