Главная > Hadisə / Manset > İsrail İranın aviabazasını bombalayıb

İsrail İranın aviabazasını bombalayıb


14-11-2022, 17:23. Разместил: admin
İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər yaralanıb.

Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Raketlərin bazada uçuş-enmə zolağına düşdüyü bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən “Hizbullah” qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.
Вернуться назад