Главная > Hadisə > Lənkəranda ev yanıb: Ana və övladı xəsarət alıblar

Lənkəranda ev yanıb: Ana və övladı xəsarət alıblar


9-11-2022, 09:41. Разместил: admin
Lənkəran rayonunun Digah kəndində ev yanıb, iki nəfər xəsarət alıb.

“Report”un verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib.

Ev sahibi və övladı - Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад