Главная > Hadisə > Bakıda iki yeniyetmə qız itkin düşüb

Bakıda iki yeniyetmə qız itkin düşüb


25-10-2022, 08:50. Разместил: admin
Bakıda 14 və 15 yaşlı qızlar itkin düşüblər.

APA xəbər verir ki, Yasamal rayon sakini, 2007-ci il təvəllüdlü Zilan Hətəmxanova yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan başqa, Nərimanov rayon sakini, 2008-ci il təvəllüdlü Şəlalə Allahverdiyeva da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Вернуться назад