Главная > Hadisə / Manset > Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada yol qəzası olub, xəsarət alanlar var


21-10-2022, 17:37. Разместил: admin
Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад