Главная > Hadisə / Manset > Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib

Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib


19-10-2022, 10:49. Разместил: admin
Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Вернуться назад