Главная > Hadisə / Manset > Yaponiyada qasırğa qurbanlarının sayı artıb

Yaponiyada qasırğa qurbanlarının sayı artıb


20-09-2022, 09:42. Разместил: admin
Yaponiyanın şimal-şərqinə doğru irəliləməyə davam edən “Nanmadol” qasırğasının fəsadları nəticəsində ən azı 110 nəfər yaralanıb, 2 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Tayfun sürəti 47 m/s-ə qədər olan güclü külək və leysan yağışları ilə müşayiət olunur.

Əlverişsiz hava şəraiti artıq 800-dən çox aviareysin təxirə salınmasına, o cümlədən ölkənin müxtəlif bölgələrində bir sıra qatarların və bərələrin hərəkətinin dayandırılmasına səbəb olub.

Bazar ertəsi günortadan sonra müxtəlif ərazilərdə təxminən 7,7 milyon insan təxliyə ilə bağlı tövsiyələr alıb.
Вернуться назад