Главная > Hadisə > Cəlilabadda 60 yaşlı kişi intihar etdi

Cəlilabadda 60 yaşlı kişi intihar etdi


1-08-2020, 19:03. Разместил: azadses
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. 
"Azad Səs" "Report"-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar onun uzun müddət xəstəlikdən əziyyət çəkməsi səbəb olub. 
Qeyd edək ki, E.Bəşirov əvvəl də intihara cəhd edib. 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Вернуться назад