Главная > Hadisə / Manset > Traktor və mikroavtobusla toqquşan avtomobil aşdı, sürücü öldü

Traktor və mikroavtobusla toqquşan avtomobil aşdı, sürücü öldü


12-09-2022, 09:17. Разместил: admin
Kürdəmirdə üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə gecə saatlarında Kürdəmir-Zərdab yolunda rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğlu “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman sürücü əvvəlcə qarşısında hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад