Главная > Hadisə / Manset > Bakıda səkkiz yaşlı uşağı avtomobil vurdu

Bakıda səkkiz yaşlı uşağı avtomobil vurdu


3-09-2022, 09:46. Разместил: admin
Bakıda səkkiz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад