Главная > Hadisə > Ata qızını satdı, pulunu qadınlara xərclədi

Ata qızını satdı, pulunu qadınlara xərclədi


18-11-2019, 13:09. Разместил: azadses
Kişi iki uşağa baxmağa imkanı olmadığını iddia edib
Çinli ata fahişələrlə vaxt keçirə bilmək üçün öz doğma qızını satıb. Funtszyan  vilayətində yaşayan kişinin sözlərinə görə, həyat yoldaşı yoxa çıxıb. Bundna sonra o qızını və oğlunu təkbaşına böyütməli olub. İki uşağa baxmaq üçün isə pulu olmayıb. Bunun üçün də o uşaqlardan canını qurtarmaq qərarına gəlib. 
İlin əvəllərində övladı olmayan ailə ilə tanış olub. Fevral ayında ailə kişiyə 80 min yuan pul verib. Bundan sonra o qızını ailəyə verib və bu barədə sənəddə imzalayıb. 
Övladlığa götürən ailə uşağı özününki kimi sənədləşdirmək istəyib. Məhz bu zaman "ata"nın əməlinin üstü açılıb. Qızını satan atanın ələd etdiyi pulları virtual aləmdəki qadınlara hədiyyə almağa xərclədiyi də üzə çıxıb. Ona qarşı adam alveri maddəsi ilə cinayət işi açılıb. 




Вернуться назад